Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda keçmiş məmuru döydülər - GÖZÜ TUTULDU

Tarix: 01-06-2020 22:12     Baxış: 3221 A- / A+
Azərbaycanda keçmiş məmuru döydülər - GÖZÜ TUTULDU

Ağdaş rayon Aşağı Ləki bələdiyyəsinin keçmiş sədri 64 yaşlı Vacib Həsənov döyülüb.

Manevr.az "qafqazinfo”ya istinadla xəbər verir ki, sabiq bələdiyyə sədrinin vəziyyəti hazırda ağırdır.

Belə ki, mayın 31-nə keçən gecə o, kənddə başqa şəxsin həyətinə girib. Ev sahibi xanım isə həyətə kiminsə girdiyini görərək yaxın qohumlarına məlumat verib. Həmin şəxslər də köməyə gəlib və V.Həsənovu həyətdə taparaq döyüblər. İddialara görə, eks-bələdiyyə sədri həyətdə xanımı narahat edəcək hərəkətlər edibmiş.

Nəticədə keçmiş bələdiyyə sədrinin gözünün birinin görmə qabiliyyətini itirdiyi də bildirilir. Hazırda o, Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Dava zamanı Vacib Həsənovun üzərində bıçaq olub və ətrafına yığışan insanlara bıçaqla hücum etməyə cəhd edib.

Faktla bağlı Ağdaş rayon polis idarəsində V.Həsənov barəsində Cinayət Məcəlləsinin 228-ci (soyuq silah daşıma) maddəsi ilə cinayət iş başlanılıb. İstintaqın gedişatında əlavə xüsusatlar ortaya çıxarsa, ona yeni maddələrlə ittiham verilə bilər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər və bildirilib ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, V.Həsənov Ağdaş Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyən Qalib Həsənovun qardaşıdır. Hazırda kənddə bələdiyyə sədri isə V. Həsənovun oğlu Bəhruz Həsənovdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar