Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimova yardım edənlər həbs olunacaq — MƏHKƏMƏ QƏRARI - ŞOK TƏFƏRRÜAT

Tarix: 01-06-2020 15:38     Baxış: 4305 A- / A+
Mübariz Mənsimova yardım edənlər həbs olunacaq — MƏHKƏMƏ QƏRARI

FETÖ üzvü olmaqda ittiham olunaraq 2020-ci ilin martın 17-də Türkiyədə saxlanılan iş adamı Mübariz Mənsimovun özünü təmizə çıxarmaq cəhdi boşa çıxmaqdadır. M. Mənsimovun yaratdığı imperiya artıq çökməkdədir. Belə ki, onun iş gördüyü adamlara fırıldaq gələrək aldatması, hətta xarici banklara külli miqdarda borcu olduğu ortaya çıxıb. İngiltərə məhkəməsinin araşdırması nəticəsində M. Mənsimovun xarici ölkə banklarına 900 milyon dollar borclu olduğu məlum olub və bu səbəbdən onun aktivlərinə həbs qoyulub. İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə “Palmali Holding Company Limited” və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olan bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə sahi olduğu bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Borc bataqlığında batan M. Mənsimov artıq öz işçilərinin aylıq maaşını verməkdə belə çətinlik çəkməkdədir. Onun mülkiyyəti, gəmilərin dəyəri isə 100 milyon dollar həcmində dəyərləndirir.
Türkiyənin “Milliyet” qəzetinin yazdığına görə, Almaniya bankı kreditlərini ödəyə bilmədiyindən, onun gəmilərinə həbs qoyub. Almaniyanın “HSH NORDBANK”-ın "Palmali Dry Holding" və "Palmali Holding"ə verdiyi krediti ödəmədiyinə görə 6 yük gəmisini borc əvəzi alıb. Yerdə qalan 27 milyon dolları 2018-ci ildən bəri ödəyə bilmədiyinə görə isə bank “MIRZAAGA KHALILOV”, “NAKHCHIVAN”, “ISMAYIL SHIKHLY”, “SHIRVAN”, “RIAD AHMEDOV” və “AKHMED MAHMUDOV” gəmilərinə həbs qoyub. Hazırda həmin gəmilərin banka verilməsi istiqamətində işlər başlanılıb.
M. Mənsimova qarşı proses bununla bitməyib. Belə ki, Rusiya məhkəməsi də M. Mənsimovun borcuna görə, onun holdinqinə məxsus həbs qoyduğu gəmiləri satışa çıxarmaq barədə qərar çıxarıb. Rostov Məhkəməsinin 2018-ci ilin noyabr ayında "Palmali Holding" Rusiyaya məxsus “Sberbank” a olan 220 milyon dollarlıq borcuna görə "Palmali Rostov LLC"-nin mülkiyyətində olan, 46-sı neftdaşıyan gəmi olmaqla, ümumilikdə 52 gəmisinə həbs qoyub. Məhkəmənin qərarı ilə "Palmali Rostov LLC" müflis elan edildiyindən şirkətə məxsus 43 gəmi hələ 2019-cu ilin sentyabrında satışa çıxarılıb. Satışa çıxarılan gəmilər isə bankın borcunu ödəmədiyindən Rusiya tərəfi İngiltərə Ali Məhkəməsinə müraciət etməli oldu. Müraciətin nəticəsi olaraq 4 may 2020-ci ildə İngiltərə məhkəməsi Palmali Holding və Mübariz Mənsimovun dünyadakı bütün mülkiyyətinə və bank hesablarına həbs qoyulması ilə bağlı Rusiyanın “Sberbank”ının xeyrinə qərar vermiş oldu.

Məhkəmənin qərarına əsasən M. Mənsimova və "Palmali"yə hər hansı formada yardım edənlər məsuliyyətə cəlb olunaraq həbs cəzası alacaq, mülkiyyətlərinə həbs qoyulacaq. Bununla da Mübariz Mənsimovla hər hansı formada əlaqəsi olan bütün şirkətlərin hesablarına və mülkiyyətinə həbs qoyulduğundan, onlarla hər hansı ticarət edilməsi də qadağan olunub.

Çünki İngiltərə Məhkəməsi də onun bütün bank hesablaırna və mülkiyyətinə həbs qoyması və onunla ticarət edilməsinin qadağan edilməsi Mübariz Mənsimova “ağ bayraq” qaldırmaqdan başqa yol buraxmır. Artıq o istəsə belə, üzləşdiyi iflasdan çıxa bilməycək və daha çətin vəziyyətlə üzləşəcək./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar