Sizin Reklam Burada
Xəbər lenti
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir həkim səhvi: xəstənin qida borusu əvəzinə, nəfəs borusu "əməliyyat edildi"

Tarix: 30-05-2020 21:19     Baxış: 3628 A- / A+
Daha bir həkim səhvi: xəstənin qida borusu əvəzinə, nəfəs borusu "əməliyyat edildi"

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ağlasığmaz hadisə baş verib. Klinikada tanınmış şair Akif Əhmədgilin həyat yoldaşının başına gətirilənlər sanki bir dramatik film süjetini xatırladır.

Manevr.az bildirir ki, həkim yanlışlığı və özü demiş, "həkim soyğunçuluğu" ilə üzləşən şairin hansı vəziyyətə düşdüyünü anlamaq çətin deyil. A.Əhmədgilin hadisə barədə dediklərini təqdim edirik:

"Bir neçə il öncə Sumqayıtda cərrahın səhvən xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsməsi xəbərini eşidəndə, sözün əsl mənasında, vahimələnmişdim, şoka düşmüşdüm. Onda heç ağlıma belə gəlməzdi ki, buna bənzər bir iş illər sonra mənim də başıma gələ bilər. Amma necə deyərlər, "deyilənlər gəldi başa...". Biir yandan da bu koronavirus...
Bu il martın 11-də həyat yoldaşım R.Əhmədova ATU-nun Tədris Cərrahiyyə Klinikasında qida borusundan cərrahi əməliyyat olunarkən səhvən xəstənin nəfəs borusunu da deşdilər... nələr çəkdik bu 8 gündə klinikanın qapısında. İnsafən səhvini cərrah Arif Ağayev özü də etiraf etdi və xəstənin həyatını təhlükə qarşısında qoymadı, açıq əməliyyata keçərək həyatını xilas edə bildi. Bu işdən baş həkim Ramiz Poluxovun da xəbəri var.
Qısası, 3 min manatlıq əməliyyat mənə 10 min manata başa gəldi. Hələ cərraha verdiyim 3 min manatı demirəm. Nəfəs borusunun müaliçəsi üçün əlavə ödənişləri dayandırmaq üçün xalq yazıçısı hörmətli Anar müəllimin baş həkimə zəng etməsi də bu soyğunçuluğun qarşısını ala bilmədi.., görəsən, Azərbaycanın adlı-sanlı bir Yazıçısının yerə düşən Sözünü.. yerdən qaldırmağa kimin gücü cata bilər?
Bir yandan da bu koronavirus..."

Manevr.az
Daha bir həkim səhvi: xəstənin qida borusu əvəzinə, nəfəs borusu "əməliyyat edildi"












Akif Əhmədgil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar