Sizin Reklam Burada
Xəbər lenti
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda polisin bıçaqlanma səbəbi məlum oldu - DİN-dən AÇIQLAMA

Tarix: 30-05-2020 14:35     Baxış: 4297 A- / A+
Azərbaycanda polisin bıçaqlanma səbəbi məlum oldu - DİN-dən AÇIQLAMA

Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb.

Manevr.az xəbər verir ki, hadisə bu gün Bərdə rayonu Qaradəmirçi kəndində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. Qeyd edib ki, məlum hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərova polisə zəng edərək atası və qardaşı tərəfindən döyüldüyünü və həyatının təhlükədə olduğunu bildirib: “Dərhal Bərdə Rayon Polis Şöbəsinin əməliyyat qrupu həmin kəndə yollanıb. Hadisə yerinə yetişən polis əməkdaşları həmin qadının qardaşı Elçin Cəfərov tərəfindən döyüldüyünün şahidi olub. Polis əməkdaşı Eşqin Məmmədov qadını qardaşının əlindən almaq istəyib. Bu zaman Elçin Cəfərov əlindəki bıçaqla bacısına zərbə endirməyə cəhd edib. Polis əməkdaşı Eşqin Məmmədov özünü bıçağın qabağına atıb. Nəticədə polis əməkdaşı bədən xəsarəti alıb. Buna baxmayaraq Elçin Cəfərov hadisə yerində olan digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib”.

Manevr.az
Azərbaycanda polisin bıçaqlanma səbəbi məlum oldu - DİN-dən AÇIQLAMA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar