Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Baş Prokurorluq: Həbs olunan şəxs DSX zabiti deyi

Tarix: 20-05-2020 17:52     Baxış: 3269 A- / A+
Baş Prokurorluq: Həbs olunan şəxs DSX zabiti deyi

"Bəzi kütləvi informasiya vasitələrində “Dövlət Sərhəd Xidmətinin polkovniki” Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb".

Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

"Məlumat üçün bildirirəm ki, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.

Həmin cinayət işi üzrə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəkdir", - E.Sultanov bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar