Xəbər lenti
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi -FOTO
Manevr.az criminal.az-a istinadən xəbər verir ki, universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ''Nissan'' markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
S.İsmayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Elm Mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika" kafedrasının müəllimi idi.
Məlumata görə, S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































