Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - RƏSMİ

Tarix: 19-05-2020 15:32     Baxış: 3172 A- / A+
Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - RƏSMİ

Əməliyyat zamanı gənc qızların ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyə əməliyyatlarına buraxılmır.

Manevr.az xəbər verir ki, bu barədə yenisabah-a “Baku Medical Plaza”nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva məlumat verib: “Qeyd edim ki, bu ilin may ayının 11-də 1996-cı il təvəllüdlü Musazadə Turanə Tofik qızının ölümündən sonra klinikanın rəhbərliyi belə qərara gəldi ki, istintaqın yekun qərarı olana kimi Siruz Qoçqani plastik əməliyyatları dayandırsın. Ancaq onun klinikada fəaliyyətinə xitam verilməyib. Dünyasını dəyişənin ailəsinin klinikadan heç bir şikayəti yoxdu”.

Həmçinin xəbərdə qeyd edilib ki, məlum hadisədən sonra ötən ilin may ayında "Baku Medical Plaza”da Siruz Qoçqani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi.

Turanə Musazadənin ölümündən sonra Sona Gürgünün ailəsinin nümayəndəsi olan Samir Zeynalov Qoçqaninin Azərbaycanda plastik cərrah kimi iş icazəsinin olmaması ilə bağlı Səhiyyə Nazirliyinin verdiyi rəsmi sənəd paylaşdı.

A.Rzayeva bu ittihama da cavab verib. Bildirilib ki, Siruz Qoçqaninin plastik cərrah işləməsi üçün onların əlində sənəd var: “Bu barədə yayılan informasiyalar yalandı. Klinikanın rəhbərliyi bu sənəd əsasında Qoçqaniyə işləməyə icazə verib”.

Xatırladaq ki, Turanı Musazadənin ölümündən sonra Xətai rayon prokurorluğunda faktla bağlı araşdırmalar başlanıb.

İctimai vəkil Samir Zeynalovun sözlərinə görə isə, Sona Gürgünün ölümü ilə bağlı da Xətai rayon prokurorluğu yekun bir qərar qəbul etməyib. 1 il ərzində eyni həkimin əlində oxşar 2 ölüm hadisəsinin baş verməsi həkim barədə ciddi qərar qəbul etmək üçün əsasdır. Yəqin ki, Xətai rayon prokurorluğunda artıq Qoçqanin törətdiklərinə obyektiv bir münasibət olacaq. Səbəb isə artıq Xətai prokurorluğunda Yusif İldırımzadə kabusu yoxdu, yəni Qoçqanini qoruyan 70 yaşlı qüvvə ömürlük istirahətə evə...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar