Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda intihar etdiyi deyilən 17 yaşlı qızı qardaşı öldürübmüş - ŞƏKİL

Tarix: 16-05-2020 10:26     Baxış: 3351 A- / A+
Azərbaycanda intihar etdiyi deyilən 17 yaşlı qızı qardaşı öldürübmüş - ŞƏKİL

Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb.

Manevr.az "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə mayın 15-i, saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib.

2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı, 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rafiq qızını yatdığı yerdə iplə boğaraq öldürüb.

Məlumata görə, K.Məmmədrzayeva mayın 9-da evdən çıxaraq Bakıya gedib. Anası mayın 11-də qızının itkin düşməsi barədə polisə məlumat verib. Qız mayın 12-də evlərinə qayıdıb. Lakin bu vaxt anası “darıxıb, Sumqayıta xalasıgilə gedibmiş” deyərək, rəsmilərə şikayəti olmadığını bildirib.

Qızın atasının ruhi xəstə olduğu bildirilir, qızının meyitini də ilk o tapıb. Daha sonra kənd camaatı hadisə yerinə yığılıb. Qız yatağında uzanılı vəziyyətdə, üstü də yorğanla örtülü olub. İlk olaraq qızın özünü asdığı deyilib. Daha sonra məlum olub ki, qardaşı Rafiq artıq polis şöbəsinə gedərək təslim olub və bacısını iplə boğaraq öldürdüyünü etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Manevr.az
Azərbaycanda intihar etdiyi deyilən 17 yaşlı qızı qardaşı öldürübmüş - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar