Xəbər lenti
Qayınata və qayınanasını öldürdü, parçaladı, üç ay soyuducuda saxladı

Türkiyənin İstanbul şəhərində yaşayan iranlı şəxs qayınata və qayınanasını öldürdükdən sonra parçalara ayırıb və üç ay soyuducuda saxlayıb.
Bu barədə "Hürriyet" xəbər yayıb.
Məlumata görə, dönərçi işləyən 35 yaşlı Muhəmməd Xodarahmi İran konsulluğuna gələrək, üç ay əvvəl qayınatası Siyavuş Qale Bəxtiyari ilə qayınanası Fatimə Əlidadişamsabadini öldürdüyünü deyib.
Konsulluq əməkdaşlarının xəbər verməsindən sonra polis Xodarahmini saxlayıb. Ünvana gəldikdə isə qapısı bağlı otaqda soyuducunun dərin dondurucu hissəsində cəsəd parçalarını aşkarlayıb.
Xodarahmi ilə birlikdə şübhəlinin həyat yoldaşı və baldızı da saxlanılıb.
Xodarahmi törətdiyi cinayəti etiraf edərkən bunları deyib:
"Dönərçi işləyirdim. Maddi vəziyyətim yaxşı deyildi. Onların maddi vəziyyəti isə yaxşı idi. Beş ildir mütəmadi olaraq "Sənə biz baxırıq. Biz olmasaq, sən heçsən" deyirdilər. Psixoloji olaraq mütəmadi olaraq məni alçaldırdılar.
Hadisə günü eyni şeylər təkrarlandıqda dözə bilmədim. Arvadım və baldızımın əl-ayaqlarını bağladım. Daha sonra qayınata və qayınanamı kəsici alətlə öldürdüm, cəsədlərini parçalara ayırdım və soyuducunun dərin dondurucu hissəsində gizlətdim".
Şübhəlinin arvadı və baldızı da hadisə baş verən vaxt əl-ayaqlarının bağlandığını deyərək, qorxduqları üçün polisə getmədiklərini vurğulayıblar.
O da bildirilir ki, Xodarahmi arvadı və baldızını dəhşətin baş verdiyi evdə yaşamağa məcbur edib. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar