Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Şəkidə gəlin karvanı qəzaya düşdü - Yaralananlar var

Tarix: 08-01-2017 21:52     Baxış: 1377 A- / A+
Şəkidə gəlin karvanı qəzaya düşdü

Gəlin aparan avtomobil karvanındakı maşınlardan biri qəzaya düşüb, iki nəfər xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 21-ci kilometrliyində, Şəki rayonu ərazisndən keçən hissəsində baş verib.

Mingəçevir şəhərindən Şəkinin Kiçik Dəhnə kəndinə gəlin aparan avtomobil karvanında olan və rayonun Kiçik Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Uğurəliyev iradə etdiyi “Mersedes” markalı 10 LZ 180 dövlət nömrə nişanlı maşının idaetməsini itirərək aşırıb. Qəzadan sonra sürücü M. Uğurəliyev xəsarət almasa da, maşında olan sərnişinlər, onun həmkəndliləri 1988-ci il təvəllüdlü Xəzri İntizam oğlu Sədrəddinov və 1988-ci il təvəllüdlü Yusif Elxan oğlu Yusifzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Şəki MRX-dan APA-ya bildirilib ki, yaralılardan X. Sədrəddinovun vəziyyəti qismən ağır olduğu üçün reanimasiya şöbəsinə, Y. Yusifzadə isə cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.(apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar