Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tanınmış alimi vəfat etdi- Şəkil

Tarix: 09-05-2020 12:28     Baxış: 3207 A- / A+
Azərbaycanın tanınmış alimi vəfat etdi- Şəkil

Tanınmış bioloq alim, Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Telman Ağayev mayın 9-da 84 yaşında vəfat edib.

AMEA-dan verilən məlumata görə, Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirib.

O, 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının A. İ. Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru vəzifəsində çalışıb.

T. Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filo- və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı.

Alim 340 elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlanıb.

Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Fizioloqlar Cəmiyyətinin prezidenti idi. AMEA-nın “Xəbərləri” (biologiya və tibb elmləri seriyası), “Ekoenergetika” və Gürcüstan EA “Xəbərləri” jurnallarının redaksiya heyətinin üzvü idi. YUNESKO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin və Beyin tədqiqatçıları üzrə Beynəlxalq Təşkilatın üzvü idi.

2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilib.

Manevr.az
Azərbaycanın tanınmış alimi vəfat etdi- Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar