Xəbər lenti
Ağlagəlməz HADİSƏ: Bu evin əşyaları öz-özünə yanır

Türkiyənin Konya vilayətində bir evdə yaşanan macəralar görənləri heyrətə gətirir.
Manevr.az yerli KİV-ə istinadla bildirir ki, ərindən boşanan və 23 yaşlı qızı Duha Aslantaşla birgə yaşayan 65 yaşlı Xədicə Aslanın yaşadığı evdəki əşyalar öz-özünə alışıb yanır. Yaşananları dilə gətirən Xədicə Aslan bunun səbəbini bilmədiklərini deyib.
Onun sözlərinə görə, yanan əşyaları özləri söndürüblər, yalnız bir dəfə yanğınsöndürmə xidmətinə müraciət ediblər. Yanan əşyaları isə atıblar:
“15-20 gündür ki, evimizdə əşyalar alışıb yanmağa başlayıb. Qəfildən yataq, pərdə, yorğanlar alışmağa başlayır. Qızımın üzərindəki əşyalar yanır. Biz evdə olanda yanğınlar başlayır. Nə edəcəyimizi bilmirik. Dövlətə səslənirəm, bizə bir çarə tapsınlar, bu evdə yatmağa qorxuruq. Onsuz da yatmağa çarpayımız, heç nəyimiz qalmayıb. Mən səhərə qədər yanğın olar deyə yatmıram. Qorxuruq, amma getməyə yerimiz yoxdur. Aldığım maaşla dolanmağa çalışırıq”.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar