Xəbər lenti
İmkansız şəxslər üçün tikilən evlər Vilyam Hacıyev tərəfindən varlı adamlara satılıb - VİDEO
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.
DTX tərəfindən aparılan araşdırma nəticəsində sosial məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi hesabına inşa edilən çomənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd şəkildə əhaliyə satdığı məlum olub.
RİH-in baş mühasibi Cəmil Musayev DTX-nın əməliyyat çəkilişlərində bir otaqlı evin 10 min manata, ikiotaqlı evin 20 min manata, 3 otaqlı evlərin isə 30 min manata satıldığını bildirib: "Daha sonra ev istəyən şəxslərlə razılıq əsasında mənə müxtəlif məbləğlər ödənilirdi. Həmin pulları Vilyam Hacıyevin iş otağında özünə təqdim edirdim". Qeyd edək ki, məişət şəraiti aşağı olan vətəndaşlara növbə ilə verilən həmin binadan qanunsuz şəkildə ev alan şəxslərdən biri "Azərişıq ARAN RETSi-nin rəisi Canəhməd Əhmədovdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar