Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Quranda adı keçən məşhur quş Azərbaycanda - Şəkil

Tarix: 05-05-2020 22:44     Baxış: 3392 A- / A+
Quranda adı keçən məşhur quş Azərbaycanda - Şəkil

Göyçayda nadir hallarda görünən Əbabil quşuna rast gəlinib.

Manevr.az xəbər verir ki, bu quş rayon sakini Səid İsmayılovun həyətinə düşüb. Ev sahibi həyətə düşən quşu ilk dəfə gördüyü üçün tanımadığını bildirib. Araşdırmalar zamanı bu canlının Əbabil quşu olduğu məlum olub.

Səid İsmayılov həyətində başqa növ quşlar bəslədiyi üçün tapdığı Əbabil quşuna da böyük diqqətlə yanaşır. Ona qidalanmaq üçün lazım olan yem və ət verir.

Səid İsmayılov bu quşu bir neçə gün saxladıqdan sonra onu azad edəcəyini bildirib.

Qeyd edək ki, Əbabil quşları barədə Qurani-Kərimin 5 ayədən ibarət olan “Fil” surəsində, yəni 105-ci surədə söhbət açılır. Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə Əbabil quşu Qırmızı dəniz tərəfdən uçub gəlir. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutur. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb olur.

Xatırladaq ki, koronavirusa görə bağlanan Kəbə üzərində az öncə Əbabil quşları görünmüşdü.axar.az

Manevr.az
Quranda adı keçən məşhur quş Azərbaycanda - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar