Xəbər lenti
Bakıda maskalı şəxs aptekə hücum etdi, əczaçını... - VİDEO

Aptekə silah qismində istifadə edillən alışqan tapança ilə basqın edən şəxs tutulub.
Aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb. Bütün olanlar aptekin müşahidə kamerasına da düşüb.
Bakı Şəhər Baş Polis İdarəsinin vəSabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İlqar Paşayev müəyyən olunaraq tutulub. O, ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən asılı olduğunu və bu səbəbdən aptekə basqın etdiyini bildirib. Saxlanılan şəxs aptekdən əldə etdiyi pulla şəxsiyyəti hələ ki, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün narkotik vasitələr aldığını bildirib.
Qeyd edilən faktla bağlı İlqar Paşayev barəsində ''quldurluq'' maddəsi ilə cinayət işi başlanıb. İlqar Paşayevin ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar