Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Baş həkim işdən çıxarıldı - SƏBƏB

Tarix: 22-04-2020 18:42     Baxış: 3269 A- / A+
Baş həkim işdən çıxarıldı - SƏBƏB

Goranboy Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsindən uzaqlaşdırılıb.

Manevr.az xəbər verir ki, bu gün Goranboy Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in nümayəndəsinin iştirakı ilə iclas keçirilib. İclasda xəstəxananın Baş həkimi Rüstəm Budaqov və reanimasiyanın şöbə müdiri Şubay Hacıyevin koronavirusla mübarizə tədbirlərinə laqeyd münasibəti müzakirə olunub. Baş həkim bu səbəbdən də işdən azad olunub. Bundan əlavə, Rüstəm Budaqovun fəaliyyət dövrünün yoxlanılması ilə baglı qərar verilib.

Goranboy Mərkəzi Xəstəxanasının Baş həkimi Rüstəm Budaqov isə qaynarinfo-ya açıqlamasında işdən çıxması ilə bağlı məlumatı belə təsdiqləyib: "İşdən çıxdım. Biz TƏBİB-ə tabeyik. Mən bir həftə bundan öncə ərizə ilə müraciət etmişdim. Onlar da bu gün ərizəmə baxıb məni azad etdilər. Onlar getməyimi istəmirdi. Amma bildirdim ki, səhhətim yerində deyil, əməliyyat olunmalıyam, ürəyimdə problem var. Amma Subay Hacıyev işinin başındadır".

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə məsələdən məlumatsız olduğunu dedi: "Tədbirdəyəm. İki saatdan sonra məsələ ilə maraqlanıb məlumat verə bilərəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar