Xəbər lenti
İlkin Süleymanov ailəsi ilə telefonla danışıb: “Mən durduğum yerdə...” - VİDEO
Tovuzun Dondar Quşçu kəndində öldürülüb, yandırılan 10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanov ilk dəfə valideynləri ilə telefonla danışıb.
Manevr.az xəbər verir ki, bu barədə İlkin Süleymanovun qardaşı Bəhruz Süleymanov video çəkərək məlumat yayıb.
O, gözyaşlarını saxlaya bilməyib və qardaşının haqsız yerə həbs olunduğunu iddia edib: “Mən, bu dəqiqə atamgilnən danışdım. Onlar İlkinlə telefon əlaqəsi saxladığını dedilər. 20 apreldə Ombudsman sayəsində telefonla danışığı baş tutub. Hərdən deyirlər kişilər ağlmaz. Amma elə haqsız yerə olan acılar var ki... Dağ-daş da ağlayar bu haqsızlığa!”
Bəhruz Süleymanov gözyaşları içərisində dərdin dözülməz olduğunu və İlkinin yalnız bir söz dediyini bildirdi: “O, dedi ki, mən durduğum yerdə, heç xəbərim olmadığı hadisədən hal-hazırda əzab çəkirəm. Olan mənə oldu. Ən azından siz öz sağlamlığınızı qoruyun”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar