Sizin Reklam Burada
Xəbər lenti
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

Fransızları vətəninə aparacaq sərnişin təyyarəsi Konqoda atəşə tutulub

Tarix: 13-04-2020 05:25     Baxış: 3161 A- / A+
Fransızları vətəninə aparacaq sərnişin təyyarəsi Konqoda atəşə tutulub

Koronavirus pandemiyası ilə əlaqədar fransızları vətənlərinə aparmaq üçün Konqoya gəlmiş Fransanın “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Puent-Nuar şəhər aeroportunda atəşə tutulub.

Bu barədə “France Presse” agentliyi aviaşirkət nümayəndələrinə istinadən məlumat yayıb.

“Aviaşirkətə məxsus “Airbus A330” tipli təyyarənin Puent-Nuar aeroportunda baş vermiş insidentlə əlaqədar zədələndiyini “Air France” təsdiq edir”, - deyə şirkətin məlumatında deyilir.

Bildirilir ki, insident zamanı təyyarə dayanacaqda olub və nə ekipaj üzvləri, nə də sərnişinlər göyərtədə imiş. Mənbənin agentliyə bildirdiyinə görə, təyyarənin füzelyajında güllənin izləri yaranıb. Qeyd edilir ki, təyyarəyə “Kalaşnikov” avtomatından atəş edilib.

Aviaşirkətin məlumatına görə, təyyarənin Parisə uçması bazar gününə planlaşdırılsa da, reys yeni təyyarə hazır olana qədər 24 saatlıq təxirə salınıb. Zədələnmiş təyyarəni Parisin Ruassi - Şarl de Qoll aeroportundan Konqoya gəlmiş “Boeing 777-200” tipli təyyarə əvəz edəcək. Geriyə uçuş isə bazar ertəsinə planlaşdırılıb. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar