Xəbər lenti
Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu vəfat edib - ŞƏKİL

Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atası tərəfindən evin yandırılması nəticəsində ağır yanıq xəsarətləri alan oğul həyatını itirib.
Manevr.az-ın məlumatına görə, 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu Bakıda xəstəxanalardan birində vəfat edib.
Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu ailə münaqişəsi zəminində evə benzin tökərək yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan Təcili Tibbi Yardım briqadası ilə Bakı şəhərinə gətiriliblər.
Aprelin 7-də hadisəni törədən 57 yaşlı V.Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































