Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Karantini pozan direktor və redaktor cərimələndi - DİN

Tarix: 11-04-2020 16:38     Baxış: 3178 A- / A+
Karantini pozan direktor və redaktor cərimələndi - DİN

Sabirabad rayonunda polisə saxta jurnalist vəsiqəsi təqdim edərək karantin qaydalarını pozan məktəb direktoru və qəzet redaktoru saxlanılıb.

Manevr.az-ın xəbərinə görə bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejimini müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Belə ki, keçirilən növbəti tədbir zamanı Sabirabad rayonu ərazisində yaradılmış postda polis əməkdaşları tərəfindən rayonun Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov idarə etdiyi VAZ-2107 marklı avtomobillə karantin qaydalarını pozduğu üçün saxlanılıb. O, polis əməkdaşlarına üzərində “Muğan-Şirvan” qəzetinin baş redaktorunun 1-ci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb. S.Əsgərovla aparılan profilaktik söhbət zamanı o, jurnalist fəaliyyəti ilə məşğul olmadığını və vəsiqənin saxta olduğunu etiraf edib.

Polis əməkdaşları tərəfindən S.Əsgərova saxta jurnalist vəsiqəsi təqdim edən “Suqovuşan” qəzetinin redaktorunun müavini Sabirabad rayon sakini Elçin Nəsibov da müəyyən edilərək polis şöbəsinə gətirilib. O, izahatında “Suqovuşan” qəzetində işləməsinə baxmayaraq, özünün təsis etdiyi “Muğan-Şirvan” qəzetinin saxta vəsiqəsini xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından süi-istifadə edərək tanışı S.Əsgərova təqdim etdiyini bildirib.

Hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib və onlar məhkəmənin qərarı ilə 200 manat məbləğində cərimə ediliblər.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика