Xəbər lenti
Rusiyada FTX polis generallarını milyonluq rüşvət işinə görə istintaqa çəkdi
Rusiya Federal Təhlükəsizlik Xidməti Daxili işlər nazirliyinin İstintaq departamentinin iki generalını həbs edib.
Manevr.az Rusiya mediasına istinadən xəbər verir ki, onlar 10 milyon dollarlıq dələduzluq işində ittiham olunurlar.
“112” Teleqram-kanalın məlumatına əsasən, söhbət Təhqiqat departamentinin rəisinin iki müavini - Aleksandr Krakovski və Aleksandr Biryukovdan gedir. Bundan başqa mühüm işlər üzrə müstəntiq Aleksandr Bryantsev də tutulub.
“Formal olaraq onlar hələ ki, saxlanılan hesab olunurlar və FTX həmin şəxsləri Rusiya İstintaq komitəsində sorğu-suala çəkmək niyyətindədir”, - deyə xəbərdə bildirilir.
İlkin məlumatlara görə, saxlanılan generallar “Optima Development” adlı şirkətin rəhbəri, Albert Xudoyan adlı bir sahibkardan fırıldaq yolu ilə 10 milyon dollar pul qoparmaqda təqsirləndirilirlər. Hər iki yüksək rütbəli polis zabiti hələ ötən ilin iyununda istintaqa cəlb olunubmuş. Sonradan məhkəmə onların həbsini ev dustaqlığı ilə əvəz edib.
FTX-nin Daxili işlər nazirliyi əməkdaşlarının korrupsiya və vəzifə cinayətlərinin aşkarlanması üzrə “M” idarəsinin 2 ildən çoxdur, həm A.Krakovskini, həm də A.Biryukovu izlədiyi qeyd olunur.
Təhlükəsizlik orqanı polis generallarının qurduqları cinayətkar sxemlə sahibkarlara qarşı əsassız cinayət işi qaldırmaq hədəsi ilə onlardan külli miqdarda rüşvət aldığını müəyyənləşdirib.
Albert Xudoyanın vəkili Sergey Çijikov isə ölkənin biznes-ombudsmanı Boris Titovun müdaxiləsi ilə adı çəkilən biznesmenin şikayətlərinin müvafiq instansiyaların diqqətini cəlb etdiyini söyləyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar