Xəbər lenti
Azərbaycanlı jurnalist və qızı koronavirusa yoluxdu
15 yaşlı qızı və özü koronavirusa yoluxan Azad Azərbaycan Televiziyasının Avropa bürosunun müxbiri Şahin Abbasov səhhəti barəsində danışıb.
Manevr.az baku.ws-ə istinadən bildirir ki, "ATV Xəbər"ə qoşulan Şahin Abbasov son vəziyyəti ilə bağlı məlumat verib.
"Mən dərhal koronavirusla bağlı yaradılan qaynar xəttə zəng vurdum. Telefonda mənə suallar verdilər. Mənə analiz verməli olduğumu söylədilər. Dünən axşam analizin cavabı pozitiv çıxdı. 8 gündür ki, bu vəziyyətdəyəm.
Özümü ağır qripə yoluxmuş kimi hiss edirəm. Vəziyyətim ağır olmadığına görə evdə müalicə alıram. Mənə ətraf mühitlə təmas qadağan qoyulub".
Qeyd edək ki, Almaniyada koronavirusdan son sutka ərzində daha 66 nəfər həyatını itirib. Ölkədə virusdan ölənlərin sayı 541 nəfərdir. Son sutka ərzində bu ölkədə daha 4751 nəfər virusa yoluxub. Bununla da, ölkədə koronavirus daşıyıcılarının sayı 62500-ə çatıb.
Qeyd edək ki, yoluxma faktı daha çox Bavariya, Şimali Reyn-Vestfaliya, Baden-Vütemberq və Berlində qeydə alınıb
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar