Xəbər lenti
“Bandotdel” BNA-nın əməkdaşını həbs etdi - Səbəb
BNA-nın keçmiş əməkdaşı Rəsulov Anar Ələkbər oğlu xüsusilə külli miqdarda dələduzluq etdiyi üçün həbs edilib.
Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Rəsulov Anar Ələkbər oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov ötən ilin dekabr ayında həbs edilib. Rəsulov Anar Ələkbər oğlu 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib. A.Rəsulov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda dələduzluqla ittiham edilərək saxlanılıb.
Sabiq direktor barəsində 2019-cu il dekabr ayının 7-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun əmlakına və NİİM-in təsis paylarına qarşı dələduzluq etməkdə ittiham olunur.
Qeyd edək ki, NİİM BNA-nın tabeliyində MMC kimi fəaliyyət göstərir. yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar