Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

4 ay sonra Şəkərin ölüm səbəbi AÇIQLANDI

Tarix: 18-03-2020 15:21     Baxış: 4217 A- / A+
4 ay sonra Şəkərin ölüm səbəbi AÇIQLANDI

"118 gün... Ekspertizanın nəticələri açıqlandı. Görün bizim səhiyyə nə gündədir? Ekspertizanın nəticələri Türkiyədən gəlib. Türkiyəli həkim ekspertlər dayım qızının qaz zəhərlənməsindən öldüyünü bildirdilər. Qanında 54 faiz qaz zəhərlənməsi tapılıb".

Manevr.az "yeni sabah"a istinadla xəbər verir ki, bunu BDU-nun 4 ay öncə vəfat edən tələbəsi Şəkər Xasmətovanın bibisi oğlu Samir Əliyev bildirib.

Onun sözlərinə görə, zəhərlənməyə səbəb qaz borularının qaydalara uyğun çəkilməməsi olub:

"Bu gün dayım Bakı Şəhər Prokurorluğuna çağırılmışdı. Bu nəticələr rəsmən təqdim olundu. Otağın aşağı mərtəbəsində hamam otağına gedən qaz boruları divarın daxilindən çəkilibmiş. Sızma da buradan olub.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının 3 aya çıxara bilmədiyini cavabı Türkiyəli həkimlər bacardı. 3 milyonluq aparat almaqla deyil, ondan istifadə etməyi bacarmaq lazımdı

BDU-nun niyə susduğu da bəlli oldu. Bundan sonra nə edəcəkləri maraqlıdı. Orda bir yox, bir neçə tələbə ölsəydi, buna kim cavab verəcəkdi? Ümumiyyətlə yataqxana istifadəyə yararsız olubsa, niyə görə hər tələbədən illik 300 manat alıb, ora yerləşdirilirdi?".

Mərhum tələbənin qohumu həmin yataqxanada yaşayışa icazə verilməsinə də etirazını bilidirib:

"Noyabrın 20-si axşam çağırışa gələn təcili yardım əməkdaşları hələ də işlərini davam etdirirmiş. Niyə? Başqa insanların da canına qıysınlar deyə?

Bəs Azəriqaz? Siz hara baxırdız? Niyə gələcəyimiz sayılan gənclərin həyatları ilə oynayırsız? Onların canı heç mi vecinizə deyil? Heç mi düşünmədiniz ki, orada sizin yaxınınız da ola bilər?

Bəs FHN? Bu qurum hara baxırdı? Hansı məqsədlə bu yataqxanada yaşayışa icazə verirsiz? Nə güdürsüz belə hərəkətlə?

Bu işdə bütün məsul şəxslər cəzalandırılmalıdır. Bunu tələb edirik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar