Xəbər lenti
Azərbaycanda evindən narkotik oğurlandı, polisə şikayət etdi

Bakıda qəribə oğurluq hadisəsi baş verib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yaşayan Ə.Hüseynzadə 102 xidmətinə müraciət edərək evindən pəncərəni açmaq yolu ilə 1150 manat pul və 1200 manat dəyərində qızıl zinət əşyaları oğurlandığını bildirib.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşları tərəfindən oğurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kənan Muxtarov və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Rəşad Fətəliyev saxlanılıb. K. Muxtarov əvvəl oğurluğa görə məhkum olunub.
K. Muxtarovun evindən müxtəlif çəkilərdə heroin, xaşxaş, marixuana, həşiş, preqabilin, R. Fətəliyevin evindən heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Ə. Hüseynzadənin evindən pul və zinət əşyaları deyil, qeyd edilən narkotik vasitələr oğurlanıb. Fakt üzrə keçirilən tədbirlərlərə Ə.Hüseynzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar