Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"KAMAZ" yol kənarındakı "Qazel"ə çırpılıb, sürücü öldü

Tarix: 12-03-2020 10:32     Baxış: 4195 A- / A+
"KAMAZ" yol kənarındakı "Qazel"ə çırpılıb, sürücü öldü


Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manevr.az-ın məlumatına görə, hadisə martın 11-də, saat 19:45-də Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini 64 yaşlı Seyfullayev Xanmusa Xubyar oğlu idarə etdiyi “KAMAZ” markalı yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanan “QAZ 33022” markalı yük avtomobilini arxa hissədən vurub. Zərbənin təsirindən “QAZ 33022” irəliyə hərəkət etmiş və avtomobilin qarşısında dayanan sürücü 50 yaşlı Maştağa qəsəbə sakini Tağıyev Sərvər Məşədağa oğluna dəyib. Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar