Xəbər lenti
Yeni ilin ilk dəqiqələrində İstanbulda TERROR DƏHŞƏTİ! - "Şaxta babalar" qətliamı - 35 ölü, 40 yaralı

Bayram gecəsi İstanbulda qanlı terror törədilib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Ortaköy bölgəsində "Reina” adlı məşhur gece klubuna silahlı hücum edilib. İlkin məlumata görə, yerli vaxtla saat 01.15 radələrində "Şaxta Baba” geyimində olan 3 silahlı terrorçu gecə klubuna daxil olaraq, hər tərəfə atəş açmağa başlayıb.
Həmin vaxt klubda çoxusu gənclər olmaqla, 800 nəfərə yaxın insan olub. İlkin məlumatlara görə, silahlı hücum nəticəsində 1 polis, 34 mülki vətəndaş öldürülüb, 40-dan çox insan yaralanıb. Hadisə yerinə polis və həkim briqadaları cəlb olunub. Terrorçuların barın içərisində gizləndiyi ehtimal olunur.
Olay yerinə gələn İstanbul valisi Vasip Şahin 35 nəfərin öldürüldüyünü, 40-dan çox yaralının olduğunu təsdiqləyib. Əməliyyat davam edir.
Ölü sayının arta bilməsi ehtimalı var.
Türkiyə mediası bildirir ki, terrorçular ərəbcə danışırmışlar və bu da terroru İŞİD terror təşkilatının törətməsi versiyasını gücləndirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar