Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərişıq" ASC və "Azəriqaz" İB-nin BİRGƏ MƏLUMATI -ŞƏKİLLƏR

Tarix: 07-03-2020 17:27     Baxış: 4268 A- / A+
"Azərişıq" ASC və "Azəriqaz" İB-nin BİRGƏ MƏLUMATI


Martın 7-də gecə saatlarından ölkənin Şimal bölgəsində başlayan güclü külək həm işıq, həm də qaz təsərrüfatına ciddi ziyan vurub. Belə ki, ağacların, fərdi yaşayış evlərinin və müxtəlif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində qaz və işıq xətləri qırılaraq yararsız hala düşüb.
İşıq dirəkləri yerindən qoparaq aşıb, qaz tənzimləyici şkaflar və sayğaclar zədələnib. Əsasən Xudat şəhərinin həm mərkəzində, həm də Muxtadır, Vələmir və digər kənd və yaşayış massivlərində fəsadlar qeydə alınıb. İlkin olaraq 30-a yaxın işıq dirəyinin aşdığı, işıq xətlərinin qırıldığı, ayrı-ayrı yerlərdə 57 mm diametrində qaz xətlərinin zədələndiyi qeydə alınıb. İşıq və qaz təchizatında müvəqqəti olaraq fasilələr yaranıb. Lakin hər iki qurumun qarşılıqlı birgə fəaliyyəti nəticəsində məlumat mübadiləsi aparılır, fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər görülür. Yaranmış vəziyyət "Azəriqaz" İB və "Azərişiq" ASC rəhbərliklərinin nəzarəti altındadır. Bu narahatlıqlar barədə hər iki qurumun Çağrı mərkəzinə ("Azərişiq" ASC - 199 və "Azəriqaz" İB -104/185) məlumat vermək xahiş olunur.

Manevr.az

"Azərişıq" ASC və "Azəriqaz" İB-nin BİRGƏ MƏLUMATI
"Azərişıq" ASC və "Azəriqaz" İB-nin BİRGƏ MƏLUMATI
"Azərişıq" ASC və "Azəriqaz" İB-nin BİRGƏ MƏLUMATI
"Azərişıq" ASC və "Azəriqaz" İB-nin BİRGƏ MƏLUMATI
"Azərişıq" ASC və "Azəriqaz" İB-nin BİRGƏ MƏLUMATI

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar