Xəbər lenti
Bakıda ticarət mərkəzinin yaxınlığında partlayış baş verib - YENİLƏNİB- FOTOLAR

Musavat.com-un müxbiri xəbər verir ki, hadisə Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Ərazidə "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Həyətdəki mazut çənini çıxarmaq mümkün olmadığından mazut çəni şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub. Partlayış nəticəsində ətrafdakı tikilələrə və avtomobillərə ziyan dəyib. Hazırda ərazidə FHN-in və hüquq-mühafizə orqanlarının əməkfaşları işləyirlər.
21:06
****
“Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında qarajda baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.
Xatırladaq ki, yanğınla nəticələnən partlayış baş verib.
Partlayış zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
20:50
*****
Bakının Narimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib.
Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.



Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar