Xəbər lenti
Ata ağlayan körpəsini ütü ilə öldürdü, torbaya qoyub küçəyə atdı

Rusiyanın Samara vilayətində ata dörd aylıq qızını öldürüb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi xəbər yayıb.
Uşağın cəsədi küçədə bağlamanın içində tapılıb. Tibbi ekspertiza zamanı körpənin başından aldığı zərbə nəticəsində öldüyü məlum olub.
İstintaq prosesində 34 yaşlı ata evə sərxoş vəziyyətdə gəldiyini və ağlayan uşağı sakitləşdirmək üçün qucağına götürərək silkələdiyini deyib.
Onun ifadəsinə görə, körpə arada əlindən yerə düşüb və o, yenidən uşağı götürərək silkələməyə davam edib.
İstintaq materiallarından məlum olub ki, kişi ağlamağı kəsməyən qızının başına ütü ilə zərbə endirib. Bu zaman uşağın anası mətbəxdə əri üçün yemək hazırlayıb. Uşağa həkim çağırılmayıb. Anası səhər körpənin öldüyünü başa düşüb. Bu zaman uşağın atası körpənin meyitini torbaya qoyaraq küçəyə atıb.
Qeyd edilir ki, ölən uşağın anasının analıq hüququndan məhrum edildiyi üç övladı var. Atası isə spirtli içki aludəçisidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar