Xəbər lenti
Bakıda polis maşınına hücum edən "çəkic adam" məhkəmə qarşısında - FOTO
Paytaxtda DYP maşınının üstünə çıxaraq çəkicləyən şəxsin məhkəməsi başlayıb. Ölkə gündəmində və sosial şəbəkələrdə böyük müzakirə mövzusuna çevrilən hadisənin "baş qəhrəman"ı Şahin Bəylərov hakim qarşısına çıxarılıb.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində yol polisi əməkdaşlatına hücum edən, DYP-yə məxsus avtomobilin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hazırlıq iclası hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilib. Məhkəmə prosesində kondisioner ustası olan Ş.Bəylərovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 9-na təyin edilib.
Hadisənin təfərrüatı barədə bildirək ki, bu il fevral ayının 18-də Ş.Bəylərov Heydər Əliyev Mərkəzinin qarşısında DYP-yə məxsus maşını üzərində olan çəkiclə yararsız vəziyyətə salmışdı. O, polis əməkdaşlarına qəzəbini bu şəkildə göstərdiyini demişdi. Səbəb olaraq isə polislərin onun sualına istədiyi cavabı verməməsini göstərirdi.
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Ş.Bəylərov əvvəllər də məhkumluq həyatı yaşayıb. Məlumatda yazılır ki, o, xidmət aparan "BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
Hadisəni törədən Şahin Bəylərov 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayıb. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış. Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.
Ş.Bəylərov barəsində 3 maddə üzrə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. (musavat.com)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar