Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı - Salyanda dəhşət

Tarix: 28-12-2016 21:16     Baxış: 5407 A- / A+
 Bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı



Salyanda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.

Manevr.az “Report”a istinadən xəbər verir ki, meyit Salyan şəhəri Yunis Zərgərli küçəsində keçmiş bələdiyyə sədrinin müavini Rafiq Cavadovun qardaşı Rövşən Cavadova məxsus həyətyanı sahədə aşkarlanıb.

Meyitin 14 ay əvvəl itkin düşmüş 26 yaşlı Qasımov Elçin Mirqələm oğluna aid olduğu məlum olub. Belə ki, E.Qasımov öldürülüb, qeyd olunan ərazidə basdırılıb. Meyitin basdırıldığı yerin üstündə isə hamam tikilib.

Yerli sakinlərin verdiyi məlumata görə, meyitin tapıldığı yerin sahibi Rövşən Cavadov təqribən 1 il əvvəl qəflətən Almaniyaya köçüb və hazırda orada yaşayır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda həmin ərazi mühafizə olunur.

***

Rövşən Cavadovun həyat yoldaşı Nazənin Cavadova Salyan Rayon Polis Şöbəsinə (RPŞ) aparılıb.

Qeyd edək ki, Rövşən Cavadovun arvadı Nazənin Sahib qızı Cavadova əvvəllər 59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olub.


 Bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı
 Bələdiyyə sədrinin qardaşının həyətindən meyit tapıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar