Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Oğlunun gözü qarşısında arvadını öldürüb, intihar edən şəxs azərbaycanlı imiş

Tarix: 17-02-2020 11:06     Baxış: 3274 A- / A+
Oğlunun gözü qarşısında arvadını öldürüb, intihar edən şəxs azərbaycanlı imiş


Övladının gözü qarşısında arvadını güllələyən şəxs barədə yeni təfərrüat açıqlanıb.

Bu barədə "Zvezda" xəbər yayıb.

Məlum olub ki, Arif Salayev milliyyətcə azərbaycanlı imiş. Qonşunun sözlərinə görə, onun haqqında pis heç nə deyə bilməz:

"Hər zaman salamlaşardı, xeyirxah biri idi. Həmişə uşaqları ilə masaüstü tennis oynayardı. Arada spirtli içki qəbul edirdi".

O, əlavə edib ki, Arif yerli yük terminalında fəhlə işləyib.

Qonşunun ehtimalına görə, faciə qısqanclıqdan yaranan ailə münaqişəsi zəminində baş verə bilər.

09:15

Çoxuşaqlı Arif Salayev övladının gözü qarşısında arvadını güllələyib, sonra intihar edib.

Rusiyanın paytaxtında baş verən dəhşətli hadisə barədə "LIFE SHOT" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, Arif arvadı Yelenaya üç dəfə atəş açıb. Bundan sonra uşaq dəhlizə qaçaraq qonşulardan polis çağırmasını istəyib.

"Qətldən sonra Arif silahla arvadının otağından çıxıb, sonra öz otağına girib. Orada daha bir atəş səsi eşidilib", - deyə məlumatda bildirilir.

Qonşuların sözlərinə görə, ailədə beş uşaq var. Ancaq hadisə baş verən vaxt evdə səkkiz yaşlı oğulları olub. Onlar bildirib ki, ailənin maddi vəziyyəti yaxşı olub. Salayevlər 13 ildən artıq bu evdə yaşayıb.

"Mash" "Telegram" kanalı xəbər yayıb ki, Arif və Yelena boşanmalarına baxmayaraq, bir yerdə yaşayıblar.

Hadisə ilə bağlı istintaqa başlanılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar