Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsgəndər Həmidovun ölüm xəbəri yayıldı- Ailəsi...

Tarix: 14-02-2020 14:43     Baxış: 4215 A- / A+
İsgəndər Həmidovun ölüm xəbəri yayıldı- Ailəsi...

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun ölüm xəbərini yayanlara qarşı ailə üzvləri etiraz edib.

Manevr.az xəbər verir ki, hazırda komada olan keçmiş nazirin bacısı oğlu Şəhriyar Məcidov bəzi saytların İsgəndər Həmidovun ölümü ilə bağlı yaydıqları yalan məlumatlardan ailəsinin narahatlıq keçirdiyini bildirib.

Ş.Məcidov qeyd edib ki, ailə belə çətin dövrdə hamıdan diqqətli olmağı xahiş edir:

“Etika, insanlıq gözləyirik, olmur. Yalandan xəbər verirlər ki, İsgəndər Həmidov vəfat edib. İnsanlar narahat olur, yaxınlarına, ailə üzvlərinə zəng edib, eşitmək istəmədiyimiz acı xəbəri soruşurlar. Acımızı yenidən yaşayırıq. Telefon xətlərində göz yaşlarına hakim ola bilməyən bu adamlara yazıq deyilmi? Adam öz insanının, öz xalqının nümayəndəsinin ağrısına, acısına dəfələrlə səbəbsiz yerə bais olarmı?

İsgəndər Həmidovun vəziyyəti kəskin ağırdır. Amma sağdır. Xahiş edirik, İsgəndər Həmidovun haqqında olan xəbərləri ailə üzvlərinə istinadən verin”.

Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar