Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda seçki məntəqəsində polisin müşahidəçiyə təzyiq etməsi barədə RƏSMİ AÇIQLAMA

Tarix: 11-02-2020 18:25     Baxış: 3199 A- / A+
Bakıda seçki məntəqəsində polisin müşahidəçiyə təzyiq etməsi barədə RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda seçki məntəqəsində polisin müşahidəçiyə zor tətbiq etməsi ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

Manevr.az xəbər verir ki, naziliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov trend-ə açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar və bu barədə araşdırma aparılıb: " Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət etmiş və ondan məntəqəni tərk etməsini tələb etmişlər. Lakin, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərmişdir. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.

Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisinə növbədənkənar seçkilər zamanı polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb".

Qeyd edək ki. sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən video görüntülər paylaşılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar