Xəbər lenti
Seçki məntəqəsində mübahisə zamanı namizədin vəkili öldü
"Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində deputatlığa namizəd Mövsüm Aslanovun yaxın qohumu və vəkili Sübhan Hacıyev ürək çatışmazlığından vəfat etdi."
Manevr.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Aida Eyvazlı məlumat verib:
"101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Mövsüm Aslanovun seçki mübarizəsini hələlik yarıda dayandırmalı olduq. Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində onun yaxın qohumu və vəkili Sübhan Hacıyev ürək çatışmazlığından vəfat etdi. Ona görə bütün seçki məntəqələrindən müşahidəçilərimizi təcili geri çağırdıq. Bizdə olan məlumata görə seçki məntəqəsinin əməkdaşları ilə mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib. Hazırda dövlət və hüquq mühafizə orqanları ilə birgə faktların araşdırılması ilə məşğuluq. Bu məsələnin araşdırılması üçün əlimizdən gələni sonuna qədər edəcəyik.
Allah Sübhan Hacıyevə rəhmət eləsin. Onun yaxınlarına və qohumlarına baş sağlığı veririrk. Bəzən heç bir mübarizə bir insan ömrünə dəyməzmiş..."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar