Xəbər lenti
Karatay koronovirusa yoluxmamaq üçün bunu yeyin dedi, ara qarışdı
Canan Karatayın məsləhəti ürək, böyrək, damar xəstəlikləri riskini artırır?
“Koronovirusdan qorunmaq üçün səhər-axşam kəllə-paça şorbası yeyin”. Türkiyənin tanınmış həkimi Canan Karatayın bu sözləri mütəxəssisləri ayağa qaldırıb.
Qidalanma ilə bağlı açıqlamaları ilə müntəzəm olaraq gündəmə gələn Karatay bu dəfə dünyanı qorxuya salan virusdan danışıb. “Kəllə-paça şorbası o qədər möhtəşəmdir ki… Yaşlıların bütün ağrılarını azaldır – diz, bel, ayaq və s. Qışda xəstəliklərin qarşısını alır. Koronovirusun da qarşısını alır. İmmun sistemi güclü olsa heç bir virus bizi xəstələndirə bilməz. Bunun üçün də səhər-axşam yeyin”.
Mütəxəssislər isə Karatayın bu açıqlamasının olduqca riskli olduğunu deyiblər. Ürək və damar cərrahiyyəsi üzrə mütəxəssis olan professor Yavuz Yörükoğlunun sözlərinə görə, adıçəkilən şorbanın viruslara qarşı dayanıqlılığı barədə elmi araşdırma, əsas yoxdur. Müntəzəm olaraq bu şorbadan istifadə etmək bədəndə artıq yağ kütləsinin yaranmasına yol aça bilər. Qanda yağın artması isə istənilən növ ürək xəstəliyinin yaranması deməkdir. Yəni bu infarkta dəvətdir. Viruslardan qorunmağın ən sadə yolu bol meyvə tərəvəz, vitaminlər, antioksidantla zəngin qidalardır.
Ölkənin başqa tanınmış tibb işçiləri də həmkarları ilə razı deyillər. “Kəllə-paça protein və kalogenlə zəngindir, yağ səviyyəsi çox yüksəkdir. Damarların kirəçlənməsinə yol aça bilər. Həddindən artıq protein sümüklərdə mineralların azalmasına yol açar. Hipertaniya, ürək və böyrək xəstəlikləri riskini artırır”.
Məhz buna görə də həkimlər Karatayın açıqlamasını diləməməyi həftədə 1, maksimum 2 dəfə bu şorbadan yeyilməli olduğunu deyirlər. /istipress.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar