Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Sabiq icra başçısının gəlininin bıçaqlanması ilə bağlı YENİ XƏBƏR

Tarix: 06-02-2020 13:54     Baxış: 2216 A- / A+
Sabiq icra başçısının gəlininin bıçaqlanması ilə bağlı YENİ XƏBƏR

Qızının gözü qarşısında keçmiş arvadını bıçaqlayan Bəhmənovun ittihamı ağırlaşdırıldı

Fevralın 1-də Bakıda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran Ceyhun Bəhmənovun ittihamı ağırlaşdırılıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, aparılan istintaq tədbirləri nəticəsində C.Bəhmənovun əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.
Cinayət işinin istintaqı Yasamal Rayon Prokurorluğu tərəfindən davam etdirilir.
Qeyd edək ki, C.Bəhmənov bir müddət öncə boşandığı keçmiş arvadı Dilarə Bəhmənovaya Hüseyn Cavid parkının yaxınlığında arxadan hücum edərək, əlində olan iki bıçaqla zərbələr endirib.
D.Bəhmənova həmin zaman 15 yaşlı qızını həkimə gətiribmiş və hadisə poliklinikadan çıxanda baş verib. C.Bəhmənov barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaqın ilkin mərhələsində hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılmışdı, daha sonra iş CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar