Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçirir

Tarix: 04-02-2020 20:18     Baxış: 3290 A- / A+
Azərbaycanda təhsil alan gürcülər Tbilisidə aksiya keçirir

Azərbaycan, Ukrayna və Ermənistanda ali təhsil alan gürcü tələbələrin Tbilisidə etiraz aksiyası Gürcüstan parlamentinin yaxınlığında davam etdirilir.

Manevr.az report-a istinadən xəbər verir ki, gənclər Gürcüstan ali məktəblərinə köçürülmə üçün sabaha təyin olunan test imtahanının ləğvi ilə bağlı təhsil naziri Mixeil Çxenkeli ilə görüş tələb edirlər.
Tələbələr parlamentin giriş qapılarının birində çadırlar qurmağa cəhd etsələr də, polis əməkdaşları buna imkan verməyib.
İmtahanla bağlı Gürcüstan vətəndaşı olan 350 tələbə etiraz edir. Onlar iddia edirlər ki, bu imtahanla Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi onlara süni maneələr yaradır.
Nazirlikdən isə bildirilib ki, həmin tələbələr Gürcüstan vətəndaşları olduğundan onlara ölkə qanunvericiliyi şamil olunur.
“Tələbələr dörd imtahan əvəzinə ümumi biliklər üzrə yalnız bir imtahan verəcəklər. Onlara imtahanın əvəzlənməsi təklif olunsa da, gənclər bundan imtina ediblər”, - deyə qurumdan qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar