Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ŞOK: itkin düşən 14 yaşlı şəxsin meyiti görün haradan tapıldı - VİDEO

Tarix: 03-02-2020 22:11     Baxış: 4293 A- / A+
Azərbaycanda ŞOK: itkin düşən 14 yaşlı şəxsin meyiti görün haradan tapıldı - VİDEO



2 gün əvvəl itkin düşən yeniyetmənin öldüyü müəyyənləşib. Onun meyiti yüksək gərginlikli transformator otağında aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Qusarda itkin düşən yeniyetmənin meyiti tapılıb..

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qusarda itkin düşən yeniyetmənin ölməsi faktı ilə bağlı birgə məlumat yayıb. Qeyd olunur ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onunmeyiti bu gun saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə "Azərişıq" ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.

İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar