Xəbər lenti
Azərbaycanda daha bir körpə həkim səhlənkarlığının qurbanı oldu

Azərbaycanda 6 aylıq körpə ölüb.
Manevr.az-ın apa-ya istinadən məlumatına görə, ötən il iyul ayında anadan olan Cavadov Sübhan Niyaməddin oğlu yanvarın 27-də valideynləri tərəfindən onda yaranmış "qəbzlik" və "qusma" şikayətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu şöbəsinə müraciət edib. Uşağa həkim tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Yanvarın 29-da uşaq həmin şikayətlərlə yenidən xəstəxanaya aparılıb. İlkin müayinələr zamanı S. Cavadova “bağırsaq keçməziliyi” diaqnozu qoyulub və təcili Bakıda yerləşən xəstəxanalardan birinə aparılması məsləhət görülüb.
6 aylıq körpə Bakıya gətirilərkən yolda ölüb.
Uşağın atası Niyaməddin Cavadov övladının həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edərək bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma başlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar