Xəbər lenti
Hindistanda keçmiş məhkum 20-dən çox uşağı girov götürüb

Hindistanın Uttar-Pradeş ştatında bir kişi evində təxminən 20-dən çox uşağı girov götürüb.
Manevr.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, polis dərhal uşaqların xilas edilməsi istiqamətində əməliyyata başlayıb.
Yerli KİV-in məlumatına görə, əvvəllər qətldə günahlandırılan Fərruxabad sakini Sureş Batam adlı kişi uşaqları qızının ad gününə dəvət edib və onları girov götürüb.
Uttar-Pradeş polisinin rəhbəri bildirib ki, vəziyyəti nəzarət altına almaq üçün xüsusi təyinatlılar cəlb edilib: “Vəziyyəti izləyirik. Məqsədimiz uşaqları xilas etməkdir”.
Bildirilib ki, girovların sayı məlum deyil. Yerli sakinlər evdə 20-25 uşağın, cinayətkarın həyat yoldaşının və biryaşlı qızının olduğunu ehtimal edirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































