Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Boğularaq öldürülən 16 yaşlı Fatimə ilə bağlı YENİ MƏLUMAT

Tarix: 30-01-2020 10:34     Baxış: 3316 A- / A+
Boğularaq öldürülən 16 yaşlı Fatimə ilə bağlı YENİ MƏLUMAT

İyirmi gün öncə toyu olan və dünən 19 yaşlı əri İman Məmmədov tərəfindən boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı əlavə məlumatlar bəlli olub.
Manevr.az-un cenubxeberi.com-a istinadən xəbər verir ki, Fatimənin atası İbrət Qəmbərov onun anası ilə rəsmi nikah olmadan bir yerdə yaşayıb və bir il sonra ayrılıblar. Hər iki valideyn sonradan başqaları ilə ailə qurub, Fatimə isə Həsənli kəndində nənəsi ilə yaşayıb. Fatimənin anası isə əri ilə Bakı şəhərinə köçüb.

2019-cu ilin oktyabrında anası Fatimənin məktəbdən çıxarılması üçün təkid edib və onu Rusiyada yaşayan babasının yanına aparacağını bildirib. 2019-cu il noyabr ayının 1-də ananın təkidi ilə Fatimənin məsələsi məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. Bundan əvvəl isə ailə Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestatı məktəbdən alıb.

İki ay sonra, yəni yanvar 5-də Masallı Şadlıq zallarının birində onun üçün qız toyu olub, yanvarın 10-da isə İman üçün Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında toy edilib və Fatimə Xoşçobanlı kəndinə gəlin köçüb.

19 yaşlı İnam isə boyu balaca olduğu üçün hərbi xidmətə getməyib, Sumqayıt şəhərində kolleclərin birində əyani təhsil alırmış. Onun özündən balaca iki bacısı da var. Atası hadisə baş verən gün Sumqayıta gedərək oğlunun ailəsi üçün kirayə ev axtarırmış.

Fatimə Qəmbərova bu gün dəfn olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar