Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Dələduzluq edən sabiq prokurorluq əməkdaşı MƏHKƏMƏ QARŞISINDA

Tarix: 26-12-2016 20:36     Baxış: 3578 A- / A+
Dələduzluq edən sabiq prokurorluq əməkdaşı MƏHKƏMƏ QARŞISINDA


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Manevr.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Samir Nəsirov ittiham aktına münasibət bildirərək, özünü təqsirli bilməyib. O, sözügedən məbləğin borc kimi alındığını deyib.
Məhkəmədə bildirilib ki, zərərçəkənlərə dəymiş ziyan tam ödənilib.
Proses yanvarın 5-də davam edəcək.
Qeyd edək ki, Samir Nəsirov zərərçəkmiş şəxslərə qarşı ümumilikdə 150 min manatdan çox dələduzluqda təqsirləndirilir.
Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar