Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı ata oğlunun sevgilisini zorladı, benzin töküb yandırdı - DƏHŞƏT!

Tarix: 26-12-2016 18:44     Baxış: 6411 A- / A+
Azərbaycanlı ata oğlunun sevgilisini zorladı, benzin töküb yandırdı


Moskva kənarında yerləşən Sosenskoe qəsəbəsində baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində yanaraq ağır vəziyyətdə xəstəxanaya düşənlərdən biri azərbaycanlı gənc, o biri isə onunu sevgilisi imiş. Hadisənin ən dəhşətli tərəfi isə odur ki, onları azərbaycanlı gəncin Nail adlı 47 yaşlı atası yandırıb.

Polisin ilkin araşdırması zamanı məlum olub ki, hadisəni törədən Nail və oğlu tikintidə işləyirmiş. Nailin oğlu Beslan Sosenskoe qəsəbə sakini olan Yulya adlı qızla sevgiliymiş. Həmin gün Beslan Yulyanı atasıyla tanış etmək üçün yaşadıqları evə gətirib. Və atasına da bildirib ki, onlar tezliklə evlənəcəklər. Bundan sonra hər üçü bir yerdə məclis qurublar. Bir qədər sonra Beslan siqaret çəkmək üçün bayıra çıxıb. Geri qayıdanda isə gördüyü səhnədən dəhşətə gəlib: atası Yulyanı çarpayıya uzadıb zorlamaq istəyirmiş.

Atasının üstünə qışqıraraq onu geri itələyən Beslan qızı götürüb getmək istəyib. Bu vaxt Nail otaqda olan benzin kanistrini onların üstünə tökərək yanğın törədib. Eyni zamanda, benzin onun da paltarına sıçrayıb. Gənclər yanan evi tərk etməyə macal tapıblar. Nail isə sərxoş olduğundan bayıra çıxa bilməyərək yanaraq ölüb.

Amma Beslan və Yulya da ağır xəsarət alıblar. Hər ikisinin bədənində çoxlu yanıq izləri var və vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar