Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

“AST Telman”ın qohumuna 8 il həbs: “Ferrari” qalmaqalı

Tarix: 27-01-2020 18:47     Baxış: 3177 A- / A+
“AST Telman”ın qohumuna 8 il həbs: “Ferrari” qalmaqalı

“AST” Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun qohumuna hökm oxunub. 33 yaşlı Vüqar Babayev qonşusunun “Ferrari”sini satmaq adıyla onu aldatmaqda təqsirli bilinib.
Manevr.az xəbər verir ki, V.Babayevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 177-ci (oğurluq) maddələrilə təqsirli bilinib. V.Babayev qonşunu aldatmaqla yanaşı, bir müddət kirayə qaldığı evdəki məişət əşyalarını da oğurlamaqda günahlandırılıb.

Lakin o, oğurluq ittihamını qəbul etmir. “Ferrari” ilə bağlı məsələyə gəlincə, özünü qismən təqsirli bilir.

“Ferrari”nin sahibi Azərbaycanın ən böyük alternativ enerji təminatçısı sayılan “Alten Group”un icraçı direktoru Elmar Heybətov olub. Onlar V.Babayevlə eyni binada yaşayıblar. V.Babayev binanın mühafizəçisindən eşidib ki, qonşusu “Ferrari”sini 230 min dollara satmaq istəyir. O, avtomobili almaq istədiyini bildirib. Deyib ki, pulun bir hissəsini bankdan götürəcək. Qonşu ona bu maşına görə etibarnamə verib. Əvvəlcə E.Heybətovun həyat yoldaşına 5 min dollar verib. Daha sonra pul verilməyib. Məsələyə E.Heybətovun tanışı olan hüquqşünas Aslan İsmayılov da müdaxilə edib, V.Babayevlə əvvəl telefonla danışıb, sonra görüşüb. Bundan sonra V.Babayev maşının pulundan 20 min bir, 15 min də bir olmaqla, 35 min dollar da qaytarıb. Qalan məbləğ verilmədiyinə görə E.Heybətov ondan polisə şikayət edib.

V.Babayev məhkəmədə bildirib ki, “AST Telman”ın qardaşı Çingiz İsmayılovun nəvəsidir.bizimyol.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar