Xəbər lenti
Qasım Süleymaninin silahdaşı İranda öldürüldü
Rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İranın cənub-qərbində maskalı silahlılar hərbi təhlükəsizlik qüvvələrinin yerli komandirini, bu yaxınlarda Amerikanın Bağdadda öldürdüyü İran generalı Qasım Süleymaninin silahdaşını qətlə yetirib.
Öldürülən komandir Əbdülhüseyn Mocəddəmi Dərxoyin şəhərində İnqilab Keşikçiləri Qvardiyasının daxili təhlükəsizlik və digər vəzifələri üçün icra edilən Bəsic qüvvələrinə rəhbərlik edirdi.
"Amerikanın səsi" bildirir ki, Mocəddəmi ölkənin neftlə zəngin Xuzistan vilayətindəki qəsəbədəki evinin qarşısında odlu silahla öldürülüb.
İRNA biri avtomat, digəri isə ov tüfəngi ilə silahlanmış motosikletdəkı iki şəxsin Mocəddəmini pusquya salaraq öldürdüyünü bildirib. Digər İran mediasının verdiyi məlumata görtə, silahlı şəxslərin üzlərində maska olub və dörd dəfə atəş açılıb.
Baş vermiş hadisə üzrə araşdırmalar aparılır.
Əbdülhüseyn Mocəddəminin komandiri olduğu Bəsic dəstəsi noyabr ayında bölgədə keçirilən nümayişlər zamanı etirazçılara qarşı güc tətbiq etmiş, çox sayda etirazçı öldürülmüş və yaralamışdı.
Amnesty International təşkilatı ölkə boyu keçirilən nümayişlər zamanı 300-dən çox etirazçının öldürüldüyünü bildirsə də, İran ölənlərin sayını açıqlamamışdı.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar