Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məcburi köçkün həmyerlisini bıçaqladı

Tarix: 20-01-2020 15:21     Baxış: 3176 A- / A+
Bakıda məcburi köçkün həmyerlisini bıçaqladı

Ötən gün Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata əsasən, eyni adlı qəsəbənin 1-ci mədən küçəsində, 1989-cu il təvəllüdlü Cəbrayıl rayon sakini Orucov İlqar Məhəmmədəli oğluna yaşadığı yataqxananın zirzəmisində çoxsaylı bıçaq xəsarətləri yetirilib.

1 nömrəli Kliniki Tibbi Mərkəzin həkimləri İlqar Orucovun bədənində ikisi qarın nahiyəsinə nüfuz etməklə beş bıçaq zərbəsi aşkar ediblər. Əldə edilən məlumata əsasən, zərərçəkənin vəziyyəti ağırdır.

Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O, zərərçəkənin həmyerlisi, 18 yaşlı Məhəmmədəli Zamin oğlu Məhəmmədzadədir. Hər iki şəxs hadisənin qeydə alındığı yataqxanada yaşayırlar. Hadisə törədən şəxsə Cinayət Məcəlləsinin 29, 120-ci ( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb.

İstintaq Binəqədi rayon Prokurorluğu tərəfindən aparılır. Cinayətin səbəbləri dəqiqləşdirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar