Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda Səudiyyə Ərəbistanı səfirliyinin avtomobili azyaşlı bacıları vuraraq qaçıb

Tarix: 17-01-2020 20:25     Baxış: 2509 A- / A+
Bakıda Səudiyyə Ərəbistanı səfirliyinin avtomobili azyaşlı bacıları vuraraq qaçıb

Məktəbə tələsən iki azyaşlı bacı Bakının Tbilisi prospektində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Hadisənin yanvarın 13-də saat 07:50 radələrində baş verməsi barədə məlumat oxu.az-a hüquq-mühafizə orqanlarından daxil olub.

Yolu keçən 13 yaşlı Mahmudlu Nuray İsrafil qızı və 9 yaşlı bacısı Xədicəni avtomobil vurub. Nəqliyyat vasitəsinin sürücüsü uşaqlara kömək etmədən hadisə yerindən qaçıb.

Hadisənin şahidləri dərhal bacıları 1 nömrəli Kliniki Tibbi Mərkəzə aparıblar. İndi onların həyatı təhlükə altında deyil.

İstintaq zamanı uşaqları vuraraq hadisə yerindən qaçan “Mersedes” markalı avtomobilin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinə aid olduğu məlum olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov Oxu.Az-a bildirib ki, qanunu pozanlara qarşı diplomatik toxunulmazlıq nəzərə alınaraq, qanun çərçivəsində tədbirlər görüləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar