Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

AMEA-nın müxbir üzvü vəfat etdi

Tarix: 08-01-2020 15:30     Baxış: 3213 A- / A+
AMEA-nın müxbir üzvü vəfat etdi

Tarixçi alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev 84 yaşında vəfat edib.
Manevr.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından lent.az -a verilən məlumata görə, Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun, Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

O, 1959-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1960-cı ildə bu qurumda kiçik elmi işçi, 1971-ci ildə baş elmi işçi vəzifələrində çalışıb.

V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi idi. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb.

Alim Arxeologiya və Etnoqrafiya İnstitutunun “Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti” mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri idi. O, Naxçıvanda qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparıb.

Onun tərəfindən 1960-1980-ci illərdə aparılan axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilib.

AMEA-nın müxbir üzvü Vəli Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500–3700 m. yüksəklikdə qədim Boyalı Qablar mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxarıb tədqiq edib.

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanıb.

İctimai fəaliyyəti ilə tanınan Vəli Əliyev Azərbaycan Ağsaqqallar şurasının və “Pakistan və Mərkəzi Asiya elmi Assosiasiyasının” üzvü olub.

Allah rəhmət eləsin!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar